Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Paytaxtda nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb
14.01.2025
Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisində “Toyota” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub. Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 46 yaşlı S.Səmədov müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla onun qaçırdığı nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törətməsi də müəyyən olunub.
Qaradağ rayonu ərazisində oğurluqda şübhəli bilinən 2 şəxs saxlanılıb
Qaradağ rayonu ərazisində yerləşən ticarət mərkəzlərinin birində 2 mağazanın qarşısından oğurluq edilməsi və nəticədə zərərçəkənlərə ümumilikdə 2500 manata yaxın maddi ziyan vurulması barədə polisə məlumat daxil olub.Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən 49 yaşlı V.Novruzov və 43 yaşlı A.Mustafayev müəyyən olunaraq saxlanılıb.Faktlarla bağlı araşdırmalar aparılır.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Yanvarın 14-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 8 avtomat silahı, 1 tapança, 8 qumbara, 5 alışdırıcı, 17 tüfəng, 13 patron darağı və 3934 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
İtkin düşmüş kimi axtarışı aparılan 9 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Yanvarın 14-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 9 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 9 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının yanvarın 14-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 9 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 13 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə yanvarın 14-də ümumi çəkisi 13 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Nərimanovda polis əməliyyatı - 11 kiloqram narkotik vasitə və 9 ədəd odlu silah aşkarlandı
Nərimanov Rayon Polis İdarəsinin və ərazi Polis Şöbələrinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi, odlu silah-sursatın əməliyyat və profilaktik tədbirlərlə aşkar edilməsi istiqamətində əməliyyatlar keçiriblər. Tədbirlərlə 40 yaşlı Danial Alıyev, 35 yaşlı Nizami Bayramov, tanışı 34 yaşlı Nicat Əlizadə, 37 yaşlı Cəlil İsmayılov və narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən daha 7 nəfər saxlanılıb. Bu şəxslərdən ümumilikdə 11 kiloqram tiryək, marixuana, metamfetamin, 100 ədəd psixotrop tərkibli təsiredici həb aşkar olunaraq götürülüb. Nizami Bayramov, Nicat Əlizadə və Cəlil İsmayılovdan əlavə olaraq 1 ədəd “AKM” markalı avtomat, 1 ədəd “Makarov” tapançası, 8 ədəd patron və patron darağı da aşkar edilib.Bu şəxslər narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşlarının vasitəsi ilə əldə edib paytaxt ərazisində ayrı-ayrı ünvanlara yerləşdirərək satışını təşkil etməyi planlaşdırıblar. Faktlarla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırmalar aparılır.Bundan başqa Nərimanov rayonunda aparılan profilaktik tədbirlər zamanı 1 ədəd “Kalaşnikov” avtomatı tapılıb və vətəndaşlarda saxlanılan 6 ədəd tüfəng könüllü olaraq polisə təhvil verilib.
Gün ərzində ölkə ərazisində qeydə alınan 58 cinayətin açılması təmin olunub
13.01.2025
Yanvarın 13-də ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 13 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Dələduzluq və oğurluqda şübhəli bilinən 2 nəfər saxlanılıb
Abşeron rayonu ərazisində bir nəfərə məxsus 5000 manat pul vəsaitinin dələduzluq yolu ilə ələ keçirilməsi barədə məlumat daxil olub. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 52 yaşlı Ş.Alxasov müəyyən olunaraq saxlanılıb.Bundan başqa paytaxtın Nizami rayonunda bir nəfərə məxsus bank kartından 560 manat oğurlamaqda şübhəli bilinən 27 yaşlı İ.Məmmədov da polislər tərəfindən müəyyən olunaraq saxlanılıb.Faktlarla bağlı araşdırmalar aparılır.
Quldurluqda şübhəli bilinən bir nəfər saxlanılıb
Yanvarın 13-də paytaxtın Sabunçu rayonu ərazisindəki evlərin birinə daxil olan naməlum şəxsin ev sahibinə kəsici alətlə xəsarət yetirərək pul və mobil telefonunu quldurluq yolu ilə talaması barədə polisə məlumat daxil olub. Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 25 yaşlı K.Əsgərov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.