Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Dələduzluğa görə axtarışda olan 4 nəfər saxlanılaraq istintaqa təhvil verilib
09.01.2025
Polis əməkdaşlarının yanvarın 9-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 4 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 30 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə yanvarın 9-da ümumi çəkisi 30 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Yanvarın 9-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 7 avtomat silahı, 1 tapança, 33 tüfəng, 7 patron darağı və 169 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 64 cinayətin açılması təmin olunub
08.01.2025
Yanvarın 8-də ölkə ərazisində qeydə alınan 58, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Paytaxtda nəqliyyat vasitəsi qaçıran şəxs saxlanılıb
Nəsimi rayonu ərazisindən yanvarın 8-də “Toyota” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Ş.Məlikov avtomobillə birgə saxlanılıb. Araşdırma aparılır.
Polis Nəsimi rayonunda oğurluq edən 2 nəfəri saxlayıb
Nəsimi rayonu ərazisində yerləşən evlərin birindən 1280 manatın oğurlanması barədə polisə məlumat daxil olub.Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 38 yaşlı Z.Qurbanova və 18 yaşlı N.Süleymanov müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.
İtkin düşmüş kimi axtarışı aparılan 11 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Yanvarın 8-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 11 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 2 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının yanvarın 8-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 2 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 20,2 kiloqrama yaxın narkotik vasitə və 112 ədəd metadon həbi götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə yanvarın 8-də ümumi çəkisi 20,2 kiloqrama yaxın narkotik vasitə, həmçinin 112 ədəd metadon həbi aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Yanvarın 8-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 10 avtomat silahı, 3 qumbara, 1 alışdırıcı, 39 tüfəng, 11 patron darağı və 731 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.