Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Xəzər rayonu ərazisində oğurluq edən 3 nəfər saxlanılıb
17.01.2025
Xəzər rayonu Zirə qəsəbəsi ərazisində yerləşən istixanadan 5575 manatlıq oğurluq edilməsi barədə Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 31 yaşlı C.Heydərli və 22 yaşlı R.Xələfov müəyyən olunaraq saxlanılıb.Polis əməkdaşlarının Xəzər rayon ərazisində keçirdikləri digər tədbirlərlə isə bir neçə evdən 1850 manat dəyərində məişət əşyaları, komputer oğurlamaqda şübhəli bilinən 27 yaşlı A.Xudaverdiyev də müəyyən olunaraq saxlanılıb. Hər iki faktla bağlı araşdırma aparılır.
Bank kartından oğurluq edən şəxs saxlanılıb
Paytaxtın Nizami rayonu ərazisində bir nəfərin bank kartından 603 manatının oğurlanması barədə polisə məlumat daxil olub. Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 39 yaşlı E.Əhmədov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Sumqayıtda polisin əməliyyatı zamanı 20 kiloqram narkotik vasitə aşkarlanıb
Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirib. Tədbirlərlə əvvəllər məhkum olunmuş 38 yaşlı Kamil Məmmədov qeyd edilən əməldə şübhəli bilindiyi üçün saxlanılıb. Ondan ümumilikdə 20 kiloqram, o cümlədən 12 kiloqram marixuana, 8 kiloqram tiryək və metamfetamin, eləcə də 200 ədəd psixotrop tərkibli metadon həbi aşkar edilib. Bu şəxs narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşının vasitəsi ilə əldə edərək Bakı və Sumqayıt şəhərlərində ünvanlara yerləşdirərək satışını təşkil etməyi planlaşdırıb.Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə polis əməkdaşları tərəfindən fasiləsiz olaraq davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 68 cinayətin açılması təmin olunub
16.01.2025
Yanvarın 16-da ölkə ərazisində qeydə alınan 61, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Qaradağ və Nizami rayonlarında nəqliyyat vasitələrini qaçıran iki şəxs saxlanılıb
Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisindən “Chevrolet” markalı avtomobilin, Nizami rayonu Q.Qarayev prospekti ərazisindən isə “Tofaş” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsitələrini qaçırmaqda şübhəli bilinən E.Abbasov və T.Asəfi müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.
Nərimanov rayonunda dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb
Nərimanov rayonu ərazisində dörd nəfərin aldadılaraq ümumilikdə 38600 manatın dələduzluq yolu ilə ələ keçirilməsi barədə polisə məlumat daxil olub. Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq etməkdə şübhəli bilinən 48 yaşlı İ.Mirzəyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
İtkin düşmüş kimi axtarışı aparılan 7 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Yanvarın 16-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 7 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 6 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının yanvarın 16-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 6 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 33,7 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə yanvarın 16-da ümumi çəkisi 33,7 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 20,4 kiloqrama yaxın marixuana, 10,5 kiloqramdan çox həşiş, 2,4 kiloqramdan artıq tiryək, 400 qrama yaxın heroin olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Yanvarın 16-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 11 avtomat silahı, 6 pulemyot, 2 qumbaraatan, 30 tüfəng, 3 patron darağı və 77 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.