Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
İtkin düşmüş kimi axtarışı aparılan 19 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
16.03.2025
Martın 15-də və 16-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 19 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının martın 15-də və 16-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 46,7 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 15-də və 16-da ümumi çəkisi 46,7 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 6,1 kiloqramdan artıq heroin, 38,3 kiloqrama yaxın marixuana, 1,2 kiloqram tiryək, 1,1 kiloqramdan çox metamfetamin, həmçinin 478 ədəd metadon həbi olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Martın 15-də və 16-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 13 avtomat silahı, 1 tapança, 2 qumbara, 2 alışdırıcı, 1 tüfəng, 22 patron darağı və 1151 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 57 cinayətin açılması təmin olunub
15.03.2025
Martın 15-də ölkə ərazisində qeydə alınan 57 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Paytaxt ərazisində oğurluq edənlər saxlanıldı
Paytaxın Səbail rayonunda evlərin birinin qarşısından 1880 manatlıq velosipedin oğurlanması barədə polisə məlumat daxil olub.Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə talamada şübhəli bilinən Ə.Həsənov müəyyən olunaraq saxlanılıb.Rayon ərazisində iki nəfərdən oğurluqlar edilməsi və nəticədə zərərçəkənlərə ümumilikdə 800 manat ziyan dəyməsi barədə polisə daxil olan məlumat əsasında keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən A.Muradov və əvvəllər məhkum olunmuş 34 yaşlı V.Rzayev müəyyən edilərək saxlanılıblar.Nəsimi rayonunda isə köşkdən 1114 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən 21 yaşlı B.Səməndərov, 19 yaşlı E.Sadıqzadə və 18 yaşlı B.Cəbrayılzadə polis əməkdaşları tərəfindən saxlanılıb.Faktlarla bağlı araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 65 cinayətin açılması təmin olunub
14.03.2025
Martın 14-də ölkə ərazisində qeydə alınan 52, əvvəlki dövrlərdən bağlı qalan 13 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Xəzər və Nəsimi rayonlarında oğurluq edən 2 şəxs saxlanılıb
Xəzər rayonu ərazisində bir nəfərin avtomobilindən 1900 manat pul və bank kartlarının oğurlanması barədə polisə məlumat daxil olub.Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 31 yaşlı P.Talıbov müəyyən olunaraq saxlanılıb.Bundan başqa, Nizami rayonu ərazisində yerləşən evlərin birindən 970 manat pulu və 730 manat dəyərində televizoru oğurlamaqda şübhəli bilinən 33 yaşlı M.Əliyevin saxlanılması da təmin edilib.Araşdırmalar aparılır.
Xəzər və Nəsimi rayonlarında silah-sursat aşkarlandı
Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.Polis əməkdaşlarının keçirdikləri növbəti profilaktik tədbirlər nəticəsində Xəzər və Nəsimi rayonlarında 2 şəxs 2 avtomat silahı, 1 patron darağı və 12 patronu polisə təhvil verib.Araşdırmalar aparılır.
Polis Sumqayıt şəhərində narkotik vasitələr və psixotrop tərkibli həblər aşkarladı
Sumqayıt şəhəri ərazisində polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir. Daxil olan məlumatlar əsasında keçirilən əməliyyat nəticəsində əvvəllər məhkum olunmuşlar – 47 yaşlı R.Ağayev və 46 yaşlı R.Abdulov saxlanılıb. Onların üzərindən, həmçinin yaşadıqları evlərə baxış zamanı 1 kiloqrama yaxın müxtəlif adda narkotik vasitələr və psixotrop tərkibli həblər aşkarlanıb.Faktlarla bağlı araşdırmalar aparılır.