Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Yasamal və Nəsimi rayonlarında oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb
19.02.2025
Yasamal rayonu ərazisində bir avtomobildən 700 manat və 300 dollar maddi vəsaitin oğurlanması barədə polisə məlumat daxil olub.Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 35 yaşlı Ə.Vəlizadə müəyyən olunaraq saxlanılıb.Bundan başqa Nəsimi rayonu ərazisində 40 yaşlı N.Quliyevdən psixotrop maddə olan metamfetamin aşkarlanaraq götürülüb. Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla onun bir nəfərin evindən 500 manat pul, 1500 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlaması da məlum olub. Araşdırmalar aparılır.
İtkin düşmüş kimi axtarışı aparılan 3 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Fevralın 19-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 3 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 12 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının fevralın 19-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 12 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 19,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 19-da ümumi çəkisi 19,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 3,1 kiloqrama yaxın heroin, 14,7 kiloqramdan artıq marixuana və 1,6 kiloqrama yaxın metamfetamin olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Fevralın 19-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 13 tüfəng, 4 patron darağı və 121 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
DİN BNMİ-dən növbəti xüsusi əməliyyat – 72 kq narkotik dövriyyədən çıxarıldı
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən külli miqdarda narkotiklərin ölkəyə qeyri-leqal yollarla gətirildiyi və satışının təşkil edildiyi barədə əməliyyat məlumatı daxil olub. Sabunçu və Nizami rayonları ərazisində həyata keçirilən növbəti xüsusi tədbir nəticəsində narkoşəbəkənin əsas üzvləri - əvvəllər məhkum edilmiş 40 yaşlı Alim Xəlilov və 33 yaşlı Əfqan Dünyamalıyev tutulublar. Onların üzərinə və avtomobilə baxış keçirilən zaman 72 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, tiryək və psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb. Araşdırmalarla müəyyən edilib ki, A.Xəlilov və Ə.Dünyamalıyev narkotiklərin qanunsuz dövriyyəsini həyata keçirən şəbəkənin əsas üzvlərindən olublar. Həmin şəxslər ifadələrində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə ayrı-ayrı ünvanlara çatdırmaq üçün əldə etdiklərini bildiriblər.Faktla bağlı cinayət işi başlanılıb, onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.Narkoşəbəkənin digər üzvlərinin də aşkarlanaraq cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində əməliyyatlar davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 52 cinayətin açılması təmin olunub
18.02.2025
Fevralın 18-də ölkə ərazisində qeydə alınan 49, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
İtkin düşmüş kimi axtarışı aparılan 4 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Fevralın 18-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 4 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 7 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının fevralın 18-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 7 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 41,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 18-də ümumi çəkisi 41,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 12,1 kiloqramdan artıq heroin, 28,3 kiloqrama yaxın marixuana və 1 kiloqramdan çox metamfetamin olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.