Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Ümumi çəkisi 34,3 kiloqramdan artıq narkotik vasitə və 130 ədəd psixotrop tərkibli həb aşkar olunaraq götürülüb
12.03.2025
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 12-də ümumi çəkisi 34,3 kiloqramdan artıq narkotik vasitə və 130 ədəd psixotrop tərkibli həb aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Martın 12-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 8 avtomat silahı, 2 qumbara, 15 tüfəng, 4 patron darağı və 425 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
BNMİ-dən növbəti əməliyyat: 32 kiloqram narkotik vasitə aşkarlandı
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı keçirilən sonuncu tədbir zamanı 32 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana dövriyyədən çıxarılıb. Belə ki, daxil olan məlumat əsasında paytaxtın Nərimanov rayonunda baş tutan əməliyyat nəticəsində əvvəllər soyğunçuluq, avtomobil qaçırtma və narkotiklərlə əlaqəli cinayətlərə görə dəfələrlə məhkum edilmiş 37 yaşlı Kənan Salmanov tutulub. Narkotik vasitələr həmin şəxs saxlanılarkən onun idarə etdiyi nəqliyyat vasitəsindən aşkarlanıb. K.Salmanov ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Qaradağ rayonu ərazisindəki gizli yerdən götürdüyünü və maddi gəlir qazanmaq üçün ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdığını etiraf edib. Faktla bağlı cinayət işi başlanılıb və saxlanılan şəxs məhkəmənin qərarı ilə həbs olunub. Ölkə ərazisində polis əməkdaşları tərəfindən narkotik vasitələrin dövriyyəsinin qarşısının alınması istiqamətində mübarizə davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 67 cinayətin açılması təmin olunub
11.03.2025
Martın 11-də ölkə ərazisində qeydə alınan 61, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Nəsimi rayonunda oğurluq və dələduzluqda şübhəli bilinən 2 şəxs saxlanılıb
Nəsimi rayonu ərazisində yerləşən evlərin birindən 765 manat dəyərində müşahidə kamerasının oğurlanması barədə polisə məlumat daxil olub.Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 52 yaşlı H.Vəliyev müəyyən olunaraq saxlanılıb. Bundan başqa, bir nəfərin etibarından sui-istifadə edərək 125 manatını ələ keçirməkdə şübhəli bilinən 45 yaşlı N.Quliyevin saxlanılması da polis əməkdaşları tərəfindən təmin edilib.Araşdırmalar aparılır.
Nəsimi rayonunda oğurluq edənlər saxlanılıb
Paytaxtın Nəsimi rayonu ərazisində yerləşən evlərin birindən 765 manat dəyərində təhlükəsizlik kamerasının oğurlanması barədə polisə məlumat daxil olub. Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 52 yaşlı H.Vəliyev müəyyən edilərək saxlanılıb. Rayon ərazisində yerləşən mağazaların birindən isə mobil telefon oğurlamaqda şübhəli bilinən Ə.Kərimov da polis əməkdaşları tərəfindən saxlanılıb. Hər iki faktla bağlı araşdırma aparılır.
Xəzər rayonunda dələduzluq edən şəxslər saxlanılıb
Xəzər rayonu ərazisində bir nəfərin dələduzluğa məruz qalması barədə polisə məlumat daxil olub. Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə zərərçəkənin 22300 manatını aldadaraq ələ keçirməkdə şübhəli bilinən 36 yaşlı Ə.Abbasov və 23 yaşlı S.Salikov müəyyən olunaraq saxlanılıblar. Faktla bağlı araşdırma aparılır.
Sabunçu rayonunda silah-sursat aşkarlandı
Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.Sabunçu RPİ 13-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri növbəti tədbir nəticəsində rayon ərazisində 1 tapança və 8 patron tapılaraq götürülüb. Araşdırmalar aparılır.
Abşeronda 2 nəfərdən narkotik vasitə aşkar edildi- polis saxladı
Abşeron rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər barəsində polisə məlumat daxil olub. Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməldə şübhəli bilinən A.Məmmədxanov və F.Ağayev müəyyən olunaraq saxlanılıblar. Onlardan ümumilikdə *4* kiloqrama yaxın narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.
İtkin düşmüş kimi axtarışı aparılan 7 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Martın 11-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 7 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.