Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Dələduzluğa görə axtarışda olan 18 nəfər saxlanılaraq istintaqa təhvil verilib
11.03.2025
Polis əməkdaşlarının martın 11-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 18 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 15 kiloqramdan artıq narkotik vasitə və 69 ədəd metadon həbi aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 11-də ümumi çəkisi 15 kiloqramdan artıq narkotik vasitə, həmçinin 69 ədəd metadon həbi aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Martın 11-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 8 avtomat silahı, 3 tapança, 3 qumbara, 35 tüfəng, 3 patron darağı və 187 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Binəqədi rayonunda silah-sursat aşkarlandı
Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri növbəti tədbir nəticəsində rayon ərazisində 1 tapança, 1 patron darağı və 4 patron tapılaraq götürülüb. Araşdırmalar aparılır.
Səbail və Nəsimi rayonlarında oğurluq və dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıb
Səbail rayonunda yerləşən evlərin birindən oğurluq edilməsi və nəticədə zərərçəkənə 8400 manat maddi ziyan vurulması barədə polisə məlumat daxil olub.Səbail RPİ 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 2 yeniyetmə müəyyən olunaraq saxlanılıb.Bundan başqa, Nəsimi rayonu ərazisində bir nəfərin 5000 manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş, dələduzluğa görə axtarışda olan 49 yaşlı R.Rüstəmovun saxlanılması da təmin edilib.Araşdırmalar aparılır.
Nəsimi rayonunda sonuncu əməliyyat zamanı 4 kiloqram narkotik vasitə aşkarlanıb
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizə tədbirləri davam etdirilir. Daxil olan məlumat əsasında keçirilən son əməliyyat nəticəsində 25 yaşlı Elgün Muradov saxlanılıb. Onun üzərindən 4 kiloqramdan artıq heroin, həşiş və psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.
Gün ərzində ölkə ərazisində qeydə alınan 34 cinayətin açılması təmin olunub
10.03.2025
Martın 10-da ölkə ərazisində qeydə alınan 29, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
İtkin düşmüş kimi axtarışı aparılan 13 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Martın 10-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 13 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Polis əməkdaşlarının martın 10-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 18 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 3,9 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 10-da ümumi çəkisi 3,9 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.