Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
18.02.2025
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Fevralın 18-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 9 avtomat silahı, 2 tapança, 14 qumbara, 15 tüfəng, 12 patron darağı və 3285 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 62 cinayətin açılması təmin olunub
17.02.2025
Fevralın 17-də ölkə ərazisində qeydə alınan 43, əvvəlki dövrlərdən bağlı qalan 19 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Sumqayıt şəhəri və Abşeron rayonunda oğurluq edən şəxslər saxlanılıb
Abşeron rayonu ərazisində yerləşən 6 evdən oğurluq edilməsi və nəticədə zərərçəkənlərə ümumilikdə 1450 manat pul, 8000 manat dəyərində təmir alətləri, qızıl-zinət və məişət əşyalarının oğurlanması barədə polisə məlumatlar daxil olub.Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən 26 yaşlı S.Hadılı və əvvəllər məhkum olunmuş 28 yaşlı M.Sadıqlı müəyyən olunaraq saxlanılıb.Bundan başqa Sumqayıt şəhəri ərazisində iki avtomobildən maqnitofon oğurlamaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 48 yaşlı M.Məmmədovun və bir evdən 4200 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən 22 yaşlı S.Rəcəbovun saxlanılması da polis əməkdaşları tərəfindən təmin edilib. Araşdırmalar aparılır.
Polis vətəndaşın bank kartından oğurluq edən şəxsi saxlayıb
Yasamal rayonu ərazisində bir nəfərə məxsus bank kartından 3781 manatının oğurlanması barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 19 yaşlı A.Həmidov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Yasamal və Nəsimi rayonlarında oğurluq edənlər saxlanıldı
Yasamal rayonu ərazisində yerləşən aptekdən 5382 manat dəyərində kosmetik əşyalar oğurlanması barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 41 yaşlı C.Məmmədov müəyyən olunaraq saxlanılıb. Nəsimi rayonu ərazisində isə mağazadan 490 manatllıq məhsul oğurlayan 35 yaşlı Z.Əliyev polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Hər iki faktla bağlı araşdırma aparılır.
İtkin düşmüş kimi axtarışı aparılan 14 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Fevralın 17-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 14 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 7 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının fevralın 17-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 7 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 24,1 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 17-də ümumi çəkisi 24,1 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 9 kiloqrama yaxın heroin, 11,7 kiloqrama yaxın marixuana və 3,4 kiloqramdan çox metamfetamin olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Fevralın 17-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 avtomat silahı, 2 tapança, 2 qumbara, 45 partlayıcı, 19 tüfəng, 11 patron darağı və 436 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 47 cinayətin açılması təmin olunub
16.02.2025
Fevralın 16-da ölkə ərazisində qeydə alınan 46 , əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.