Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
28.04.2025
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Aprelin 28-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 tapança, 5 qumbara, 5 tüfəng, 9 patron darağı və 646 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Sumqayıtda su sayğacları oğurlayan şəxslər saxlanılıblar
Sumqayıt şəhərində müxtəlif ünvanlardan 14 ədəd su sayğacı oğurlanıb. Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə təqsirli bilinən 39 yaşlı Amid Məhərrəmov, 33 yaşlı A.İskəndərova və bacısı 31 yaşlı S.İskəndərova tutulublar.
Gün ərzində ölkə ərazisində qeydə alınan 29 cinayətin açılması təmin olunub
27.04.2025
Aprelin 27-də ölkə ərazisində qeydə alınan 29 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Bakı şəhərində oğurluq edənlər saxlanılıb
Paytaxtın Nəsimi rayonunda yerləşən mağaza və evlərdən silsilə oğurluqlar edilib.Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 28 yaşlı Ə.Hacıyeva və əvvəllər məhkum olunmuş 27 yaşlı Y.Quliyev saxlanılıblar.Bundan başqa, Binəqədi rayonu ərazisində bir nəfərə məxsus “Hyundai” markalı avtomobildən 7000 manat oğurlayan, əvvəllər dəfələrlə məhkum olunmuş 44 yaşlı R.Quliyev də saxlanılıb.Faktlarla bağlı araşdırma aparılır.
İtkin düşmüş kimi axtarışı aparılan 4 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Aprelin 26-da və 27-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 4 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 5 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının aprelin 26-da və 27-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 5 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 1 kiloqramdan artıq narkotik vasitə və 22 ədəd çətənə kolu aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aprelin 26-da və 27-də ümumi çəkisi 1 kiloqramdan artıq narkotik vasitə və 22 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Aprelin 26-da və 27-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 7 qumbara, 4 alışdırıcı, 4 tüfəng 859 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 42 cinayətin açılması təmin olunub
26.04.2025
Aprelin 26-da ölkə ərazisində qeydə alınan 41, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Axtarışda olan şəxsdən narkotik vasitə aşkarlandı
Paytaxtın Sabunçu rayonu ərazisində bir nəfərdə narkotik vasitə olması barədə polisə əməliyyat məlumatı daxil olub.Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə 32 yaşlı Y.Məmmədli saxlanılıb. Onun üzərinə baxış zamanı 1 kiloqrama yaxın narkotik vasitə olan marixuana, kokain və psixotrop maddə olan metamfetamin, preqabalin və metadon həbi aşkarlanaraq götürülüb. Araşdırmalarla saxlanılan şəxsin narkotiklərlə əlaqəli cinayətə görə axtarışda olması da məlum olub.