Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Paytaxtın müxtəlif rayonlarında dələduzluq və bank kartından oğurluq edən şəxslər saxlanılıblar
14.05.2025
Səbail rayonu ərazisində bir nəfər 36 yaşlı qadının etibarından sui-istifadə edərək 1500 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.Səbail RPİ 8-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətmiş 37 yaşlı A.Abdurahmanov saxlanılıb.Bundan başqa rayon ərazisində bir şəxsin bank kartından 560 manatı oğurlayan 25 yaşlı N.Aslanov, Yasamal rayonunda isə paytaxt sakininin bankomatda unutduğu 150 manatını ələ keçirən 29 yaşlı Y.Səmədov da saxlanılıblar.Araşdırma aparılır.
Qaradağ və Nəsimi rayonlarında silah-sursat aşkarlandı
Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində işlər davam etdirilir.Növbəti profilaktik tədbirlər nəticəsində Nəsimi rayonu ərazisində 2 şəxs 1 avtomat silahı, 1 tapança, 1 patron darağı və 20 patronu könüllü polisə təhvil veriblər.Bundan başqa Qaradağ rayonu ərazisində polis əməkdaşları tərəfindən bir avtomat silahı tapılaraq götürülüb.Araşdırmalar aparılır.
İtkin düşmüş kimi axtarışı aparılan 4 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Mayın 14-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 4 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının mayın 14-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 12,2 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 14-də ümumi çəkisi 12,2 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 1 kiloqramdan artıq heroin, 8,2 kiloqrama yaxın marixuana, 3 kiloqrama yaxın metamfetamin olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Mayın 14-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 avtomat silahı, 2 tapança, 1 qumbara, 9 tüfəng, 2 patron darağı və 49 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Paytaxtda narkokuryerliyə cəlb olunan daha iki şəxs saxlanılıb
Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən növbəti əməliyyatla əvvəllər dəfələrlə məhkum olunmuşlar 41 yaşlı Fəxrəddin Məhərrəmov və tanışı Sevinc İsgəndərzadə saxlanılıblar. Onlardan 2 kiloqrama yaxın narkotik vasitə tiryək aşkarlanaraq götürülüb. Saxlanılan şəxslər narkotik vasitəni sosial şəbəkədə tanış olduqları İran vətəndaşından satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
DİN BNMİ Abşeron rayonunda əməliyyat keçirib: 48 kq narkotik vasitə aşkarlandı
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə əməliyyatlar davam etdirilir. Abşeron rayonunda keçirilən növbəti tədbir zamanı əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə dəfələrlə məhkum olunmuş 38 yaşlı Səyyad Hətəmov tutulub. Onun üzərinə və evinə baxış zamanı 48 kiloqram tərkibinə zərərli maddələr əlavə edilən marixuana, tiryək, 300 ədəd psixotrop tərkibli həb və narkotiklərin satışında istifadə olunan elektron tərəzilər aşkarlanıb.S.Hətəmov ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə etdiyini və Qaradağ rayonu ərazisindəki gizli yerdən götürüb ayrı-ayrı ünvanlara çatdırmaqla maddi gəlir qazanmaq niyyətində olduğunu bildirib.Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmə tərəfindən saxlanılan şəxs barəsində həbs qətimkan qərarı verilib. Polis əməkdaşları tərəfindən ölkə ərazisində narkotiklərə qarşı mübarizə qətiyyətlə davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 43 cinayətin açılması təmin olunub
13.05.2025
Mayın 13-də ölkə ərazisində qeydə alınan 41, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Soyğunçuluq edən şəxs saxlanılıb
Paytaxtın Nəsimi rayonunda bir nəfərin içərisində 1030 manat olan pul kisəsi soyğunçuluq yolu ilə ələ keçirilib.Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş Bakı şəhər sakini 43 yaşlı B.Balakişiyev müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.