Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Ümumi çəkisi 13,2 kiloqramdan artıq narkotik vasitə, 949 ədəd metadon həbi və 1131 ədəd çətənə kolu götürülüb
21.05.2025
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 21-də ümumi çəkisi 13,2 kiloqramdan artıq narkotik vasitə, 949 ədəd metadon həbi və 1131 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Mayın 21-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 2 pulemyot, 1 tapança və 5 tüfəng aşkar edərək götürüblər.
Binəqədi rayonu ərazisində silsilə oğurluqlar edən şəxs saxlanılıb
Binəqədi rayonu ərazisində 1369 manat dəyərində kabel oğurlanıb. Binəqədi RPİ 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş E.Əliyev saxlanılıb.Aparılan araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxs rayon ərazisində bir nəfərin “Kia” markalı avtomobilindən 660 manat maddi vəsait və digər bir şəxsin həyətindən 1000 manat dəyərində dəmir materiallar da oğurlayıb.Araşdırmalar davam etdirilir.
Nərimanov rayonunda bir nəfərdən 2 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb
Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir. Daxil olan əməliyyat məlumatı əsasında polis əməkdaşlarının Nərimanov rayonu ərazisində həyata keçirdikləri tədbir nəticəsində 44 yaşlı K.Quliyev saxlanılıb. Ondan 2 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb.Araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 68 cinayətin açılması təmin olunub
20.05.2025
Mayın 20-də ölkə ərazisində qeydə alınan 61, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
İtkin düşmüş kimi axtarışı aparılan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Mayın 20-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 12 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının mayın 20-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 12 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 1,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 20-də ümumi çəkisi 1,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Mayın 20-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 tapança, 6 qumbara, 5 tüfəng, 8 patron darağı və 721 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Şamaxıda 10 kiloqram qızılı talayıb bataqlıqda gizlənən şübhəli dəstə ifşa olunub
Şamaxı şəhərində quldurluq hadisəsi baş verib. Naməlum şəxslər şəhər sakininə fiziki güc tətbiq edərək ona məxsus içərisində 10 kiloqramdan artıq qızıl-zinət əşyaları olan çantanı quldurluqla talayaraq hadisə yerindən yayınıblar.Polis əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz tədbirlər nəticəsində qeyd olunan hadisənin 23 yaşlı Güloğlan Kərimov, 21 yaşlı Elcan Beydiyev və 18 yaşlı Qafur Baloğlanov tərəfindən törədildiyi müəyyən edilib. Onların hadisə zamanı istifadə etdikləri avtomobilə Hacıqabul rayonu ərazisində yerləşən polis postunda “saxla” işarəsi verilsə də, həmin şəxslər buna məhəl qoymayaraq hərəkətlərini davam etdiriblər. Daha sonra “izi” itirmək məqsədilə avtomobili tərk edərək Şirvan şəhərində bataqlıq ərazidə gizlənən dəstə üzvlərinin yeri müəyyən olunaraq tutulublar. Onların cinayət yolu ilə ələ keçirdikləri qızıl-zinət əşyaları tam həcmdə maddi sübut kimi aşkarlanaraq götürülüb və zərərçəkmişə qaytarılması təmin olunub. Fakta görə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.