Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Abşeron rayonunda silah-sursat aşkarlanıb
30.05.2025
Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.Keçirilən növbəti profilaktik tədbir nəticəsində 41 yaşlı kişi 1 avtomat silahı, 1 patron darağı və 15 patronu polisə könüllü təhvil verib.Araşdırma aparılır.
Nəsimi rayonunda daha 3 narkokuryer saxlanıldı: 6 kq narkotik dövriyyədən çıxarılıb
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizə davam etdirilir. Növbəti tədbir zamanı əvvəllər məhkum olunan şəxslər - 52 yaşlı Toğrul Rüstəmov, tanışı 62 yaşlı İlqar Əliyev və 28 yaşlı Elmir İsmayılov saxlanılıblar. Onlardan 6 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, həşiş və psixotrop maddə metamfetamin aşkarlanaraq dövriyyədən çıxarılıb. Onlar şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları tərəfindən narkokuryerliyə cəlb olunduqlarını və narkotik vasitələri maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər. Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır. T.Rüstəmov, İ.Əliyev və E.İsmayılovun daxil olduqları narkoşəbəkənin digər üzvlərinin də müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 48 cinayətin açılması təmin olunub
29.05.2025
Mayın 29-da ölkə ərazisində qeydə alınan 44, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Çalışdıqları yerdən oğurluq edən iki şəxs saxlanılıb
Paytaxtın Nizami rayonu ərazisində yerləşən avtoyuma məntəqələrinin birindən oğurluq hadisəsi qeydə alınıb. Belə ki, paytaxt sakininə məxsus “BMW” markalı avtomobildən 4100 dollar pul vəsaiti oğurlanıb.Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətmiş, orada çalışan 41 yaşlı S.Qəribov müəyyən olunaraq saxlanılıb.Qaradağ rayonunda isə ticarət mərkəzlərinin birində yerləşən mağazadan 3000 manat maddi vəsait və 3500 manat dəyərində geyim əşyaları oğurlamış, satıcı 42 yaşlı İ.Əzizova saxlanılıb.Araşdırmalar aparılır.
Polis paytaxtın müxtəlif rayonlarında narkotik vasitə aşkarlayıb
Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir. Daxil olan əməliyyat məlumatı əsasında Nərimanov rayonu ərazisində keçirilən tədbirlər nəticəsində 31 yaşlı S.Musayev saxlanılıb. Onun idarə etdiyi “Hyundai” markalı avtomobildən 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.Bundan başqa, Xəzər və Sabunçu rayonlarında narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 41 yaşlı A.Yusifov və 50 yaşlı İ.Mərdanov da saxlanılıblar. Onlardan heroin və metamfetamin, yaşadıqları evlərə baxış zamanı isə ümumilikdə 1 kiloqramdan artıq narkotik vasitə və 17 psixotrop tərkibli həb aşkarlanaraq götürülüb.Araşdırmalar aparılır.
Dəmir yolundan oğurluq edənlər saxlanılıb
Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinə Biləcəri qəsəbəsi Güzdək dəmir yolu stansiyası ərazisindən 71 rels altlığının və digər materialların oğurlanması barədə məlumat daxil olub. Keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 50 yaşlı X.İbadullayev və 30 yaşlı N.Dəmirov müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.
Nəsimi rayonunda 30 min manatlıq oğurluq edənlər saxlanılıblar
Nəsimi rayonunda yerləşən evlərin birindən ümumilikdə 25000 manat pul, qızıl-zinət əşyaları və mobil telefon oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş 41 yaşlı X.Bayramov saxlanılıb.Rayon ərazisində daha bir oğurluq faktı isə Moskva prospektində qeydə alınıb. Paytaxt sakininin içərisində 5600 manat olan pul kisəsini talamaqda şübhəli bilinən Şamaxı rayon sakini 58 yaşlı qadın da müəyyən edilərək saxlanılıb.Faktlarla bağlı araşdırma aparılır.
Paytaxt ərazisində avtomobildən oğurluq edənlər saxlanılıblar
Paytaxtın Qaradağ rayonunda bir nəfərə məxsus avtomobildən 1300 manat oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 48 yaşlı R.Ağayev saxlanılıb. Nəsimi rayonunda baş vermiş analoji hadisə nəticəsində də avtomobildən 700 dollar talamaqda şübhəli bilinən 38 yaşlı R.Süleymanov da polis əməkdaşları tərəfindən saxlanılıb. Faktlarla bağlı araşdırma aparılır.
İtkin düşmüş kimi axtarışı aparılan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Mayın 29-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının mayın 29-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq istintaqa təhvil verilib.