Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Nəsimi rayonunda oğurluq edənlər saxlanılıb
17.05.2025
Nəsimi rayonunun müxtəlif ərazilərində bir neçə nəfərə məxsus içərisində 1815 manat dəyərində qızıl bilərzik, 200 manat, mobil telefon, kosmetik əşyalar, sənədlər və bank kartları olan çantaların oğurlanması barədə polisə məluat daxil olub.Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 45 yaşlı Ə.Mirzəquliyev, 65 yaşlı R.Eminov və bir qadın müəyyən olunaraq saxlanılıblar.Faktlarla bağlı araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 47 cinayətin açılması təmin olunub
16.05.2025
Mayın 16-da ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Mağazadan 20 min manat oğurlayan şəxs saxlanılıb
Paytaxtın Nəsimi rayonunda yerləşən mağazaların birindən *20000* manat oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, həmin mağazada satıcı işləyən 34 yaşlı K.Novruzov saxlanılıb.Rayon ərazisində daha bir oğurluq hadisəsi zamanı bir nəfərin 450 manat dəyərində mobil telefonunu oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş 30 yaşlı E.Cəfərov da polis əməkdaşları tərəfindən saxlanılıb.Faktlarla bağlı araşdırma aparılır.
Narkotik vasitənin təsiri altında avtomobili idarə edən sürücü saxlanılıb
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş 36 yaşlı Q.Nəcəfov saxlanılıb. Onun idarə etdiyi “Hyundai” markalı avtomobilə baxış zamanı marixuana aşkar olunaraq götürülüb. Sürücünün avtomobili narkotik vasitənin təsiri altında idarə etdiyi də müəyyən edilib. Araşdırma aparılır.
Paytaxtın müxtəlif rayonlarında oğurluq edənlər saxlanılıblar
Sabunçu rayonu ərazisində ayrı-ayrı 2 vətəndaşın yaşadıqları evlərdən naqil və təmir alətləri oğurlanıb. Nəticədə zərərçəkənlərə 2 min manata yaxın maddi ziyan vurulub.Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətmiş 32 yaşlı O.Həsənzadə saxlanılıb.Yasamal rayonunda isə bir evdən 3500 manat dəyərində qızıl-zinət əşyası oğurlamış əvvəllər dəfələrlə məhkum olunmuş 51 yaşlı A.Şahverdiyeva saxlanılıb.Araşdırma aparılır.
İtkin düşmüş kimi axtarışı aparılan 10 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Mayın 16-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 10 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 15 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının mayın 16-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 15 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 13 kiloqrama yaxın narkotik vasitə və 132 ədəd çətənə kolu aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 16-da ümumi çəkisi 13 kiloqrama yaxın narkotik vasitə və kultivasiya yolu ilə yetişdirilmiş 132 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Mayın 16-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı və 6 tüfəng aşkar edərək götürüblər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 71 cinayətin açılması təmin olunub
15.05.2025
Mayın 15-də ölkə ərazisində qeydə alınan 59, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.