Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Ümumi çəkisi 34 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
08.06.2025
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 7-də və 8-də ümumi çəkisi 34 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 11,9 kiloqrama yaxın heroin, 21,9 kiloqramdan çox marixuana, 141 qram metamfetamin olub. Həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 43 ədəd çətənə kolu polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülüb, yabanı halda bitmiş 11,4 ton çəkidə 54000 ədəd çətənə kolu isə məhv edilib. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir
Gün ərzində ölkə ərazisində qeydə alınan 45 cinayətin açılması təmin olunub
07.06.2025
İyunun 7-də ölkə ərazisində qeydə alınan 38, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Gün ərzində ölkə ərazisində qeydə alınan 46 cinayətin açılması təmin olunub
06.06.2025
İyunun 6-da ölkə ərazisində qeydə alınan 43, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Polis iki avtomobildən avtomat silahları və patronlar aşkarladı – könüllü təhvil də var
Daxili İşlər Nazirliyi tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində əməliyyat-profilaktik tədbirlər davam etdirilir.
Paytaxt ərazisində oğurluq edən 4 şəxs saxlanılıb
Paytaxt ərazisində oğurluq edən 4 şəxs saxlanılıb.Nəsimi rayonu ərazisində bir nəfərə məxsua “Opel” markalı avtomobildən 453 manat pul, 606 manat dəyərində ədəd qol saatları və eynək oğurlanıb.Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 57 yaşlı Ə.Abbasov müəyyən olunaraq saxlanılıb.Həmçinin Xətai rayonu ərazisində yerləşən bir evin qarşısından mopedi, Binəqədi rayonunda isə paytaxt sakininə məxsus 3300 manat dəyərində mobil telefonu oğurlamaqda şübhəli bilinən 22 yaşlı E.Mustafayev, 21 yaşlı D.Melikov və M.Mehdizadə də saxlanılıblar.Araşdırmalar aparılır.
Nəsimi rayonunda polis 3 kiloqramdan artıq narkotik vasitə aşkarlayıb
Nəsimi rayonunda polis 3 kiloqramdan artıq narkotik vasitə aşkarlayıb.Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir.Paytaxtın Nəsimi rayonu ərazisində həyata keçirilən tədbirlər zamanı əvvəllər dəfələrlə məhkum olunmuş 45 yaşlı B.Cəfərov şübhəli şəxs qismində saxlanılıb. Ondan ümumi çəkisi 3 kiloqramdan artıq olan heroin və marixuana aşkarlanıb.Araşdırma aparılır.
Yasamal rayonunda polis 2 kiloqramdan artıq marixuana aşkarlayıb
Yasamal rayonunda polis 2 kiloqramdan artıq marixuana aşkarlayıb.Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir.Paytaxtın Yasamal rayonu ərazisində həyata keçirilən tədbirlər zamanı əvvəllər məhkum olunmuş 51 yaşlı F.Məhərrəmov şübhəli şəxs qismində saxlanılıb. Ondan 2 kiloqramdan artıq marixuana aşkarlanıb.Araşdırma aparılır.
Nəsimi rayonunda avtomobil qaçıran şəxs saxlanılıb
Nəsimi rayonunda avtomobil qaçıran şəxs saxlanılıb.İyunun 6-da Nəsimi rayonu ərazisində yerləşən dayanacaqların birindən paytaxt sakininə məxsus “Hyundai” markalı avtomobil qaçırılıb.Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 28 yaşlı C.Əliyev müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Sabunçu rayon ərazisində yerləşən evlərin birindən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar
Paytaxt ərazisində oğurluq edən 3 şəxs saxlanılıb.Sabunçu rayonu ərazisində yerləşən evlərin birindən 1900 manat dəyərində televizor və müxtəlif məişət əşyaları oğurlanıb.Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 33 yaşlı Ə.Kərimov saxlanılıb.Bundan başqa, Binəqədi rayonunda bir nəfərə məxsus avtomobildən 450 manat pul və sənəd,Yasamal rayonunda isə bir marketdən 2000 manat oğurlamaqda şübhəli bilinən 39 yaşlı R.Məmmədov və 38 yaşlı A.Balaşov da saxlanılıblar.Araşdırma aparılır.