Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Abşeronda polis əməliyyatlar keçirib - 5 kq narkotik vasitə aşkarlanıb

01.09.2025

Abşeron Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı silsilə əməliyyatlar keçirilib. Tədbirlər zamanı qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən 47 yaşlı Nizami Hüseynov, 24 yaşlı Azər Məmmədov, 51 yaşlı Hikmət İsmayılov, həmçinin əvvəllər məhkum olunmuşlar - 42 yaşlı Balaqardaş Hacıyev və 34 yaşlı Həmid Mahmudov saxlanılıblar. Həmin şəxslərdən ümumilikdə 5 kiloqrama yaxın psixotrop maddə metamfetamin, müxtəlif adda narkotik vasitə, 54 ədəd güclü təsiredici hesab edilən pregabalin həbi və narkotiklərin satışında istifadə edilən elektron tərəzilər aşkarlanıb. 

Saxlanılanlar sosial şəbəkələrdə tanış olduqları şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları tərəfindən narkokuryerliyə cəlb edildiklərini bildiriblər. 

Faktlarla bağlı cinayət işi başlanılıb. Adları sadalanan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə fasiləsiz davam etdirilir.


Youtube linki - https://www.youtube.com/watch?v=8JWDr0WXZ8s

 

01.09.2025 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 52 cinayətin açılması təmin olunub 01.09.2025
  • Bakı şəhərində talama cinayətləri törədənlər saxlanıldı 01.09.2025
  • Polis moped və evlərdən təmir-tikinti alətləri oğurlayanları saxladı 01.09.2025
  • İtkin düşmüş kimi axtarışı aparılan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib 01.09.2025
  • Dələduzluğa görə axtarışda olan 4 nəfər saxlanılaraq istintaqa təhvil verilib 01.09.2025
  • Ümumi çəkisi 20,8 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb 01.09.2025
  • Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb 01.09.2025
  • Abşeronda polis əməliyyatlar keçirib - 5 kq narkotik vasitə aşkarlanıb 01.09.2025