Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Paytaxtda turizm şirkətindən 20 min manat oğurlayan şəxsi polis saxladı
20.11.2025
Nəsimi rayonunda talama cinayəti qeydə alınıb. Naməlum şəxs axşam saatlarında rayon ərazisində yerləşən turizm şirkətlərinin birindən 20 min manat oğurlayıb. Bu barədə zərərçəkən tərəf polisə məlumat verib.Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə cinayət əməlini törətməkdə şübhəli bilinən Ş.Hüseynov müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla onun daha bir vətəndaşa məxsus mağazadan 620 manat oğurladığı da məlum olub.Digər tədbirlər zamanı isə rayon ərazisində yerləşən özəl klinikaların birindən 540 manat oğurlamaqda şübhəli bilinən Ş.Həsənov da tutulub.Araşdırmalar davam etdirilir.
Planşet və velosiped oğurlayan şəxslər saxlanıldı
Paytaxtın Nərimanov rayonunda vətəndaşa məxsus 2 ədəd planşet oğurlanıb. Bu barədə zərərçəkən polis orqanına müraciət edib.Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə qeyd olunan əməli törətməkdə şübhəli bilinən 20 yaşlı N.Nağıyeva müəyyən olunaraq saxlanılıb.Abşeron rayonunda isə velosiped oğurlamaqda şübhəli bilinən 35 yaşlı A.Abbasov polis əməkdaşları tərəfindən saxlanılıb.Faktlarla bağlı araşdırmalar davam etdirilir.
İtkin düşmüş kimi axtarışı aparılan 13 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Noyabrın 20-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 13 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 17 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının noyabrın 20-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 17 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 23,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə noyabrın 20-də ümumi çəkisi 23,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Noyabrın 20-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 tapança, 1 qumbara, 12 tüfəng və 29 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Polis Sabunçu rayonunda şəhid məzarlarından oğurluq edən şəxsləri saxladı
Ötən gün paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən qəbiristanlıqda şəhid Səyavuş Kəlbalıyev və Fəxri Məmmədovun məzarları üzərində olan şəxsi əşyalarının oğurlanması barədə polisə müraciət daxil olub. DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 17 yaşlı Kənan Əsədli və 16 yaşlı Vüqar Quliyev saxlanılıblar. Onların məzarların üzərindən oğurladıqları gitara,hərbi çəkmə və hərbi dəbilqə polis əməkdaşları tərəfindən aşkar olunaraq şəhid ailələlərinə qaytarılıb. Hadisə ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsində araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 43 cinayətin açılması təmin olunub
19.11.2025
Sabunçu və Nəsimi rayonunda nəqliyyat vasitələri qaçıran şəxslər saxlanılıblar
Paytaxtın Suraxanı rayonunda bir nəfərə məxsus “Daewoo” markalı avtomobilin naməlum şəraitdə qaçırılması barədə polisə məlumat daxil olub.Suraxanı RPİ 31-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən A.Məmmədov müəyyən olunaraq saxlanılıb. Nəsimi rayonunda isə “Tufan” markalı motosikleti qaçırmaqda şübhəli bilinən üç nəfər polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Avtomobilin qapısının açıq olmasından istifadə edərək oğurluq edən şəxs saxlanılıb
Noyabrın 14-də saat 14-00 radələrində paytaxtın Binəqədi rayonunda bir nəfərə məxsus avtomobildən oğurluq edilib. Naməlum şəxs “Toyota” markalı avtomobilin qapısının açıq olmasından istifadə edərək orada olan 3000 manat dəyərində mobil telefonu oğurlayıb. Polisin keçirdiyi tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 47 yaşlı R.Hüseynov müəyyən olunaraq saxlanılıb. Qaradağ rayonunda da analoji hadisəni törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini 45 yaşlı R.Məmmədov polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilərək saxlanılıb.Faktlarla bağlı araşdırmalar davam etdirilir.