Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Polis Füzuli rayonunda saxladığı iranlı narkotacirdən 41 kq marixuana aşkarladı

23.12.2025

Ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə narkotiklərin keçirilməsini təşkil edən daha bir İran vətəndaşı polisin əməliyyatı nəticəsində saxlanılıb. 

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Füzuli rayonu ərazisində keçirilmiş tədbir nəticəsində İran vətəndaşı 32 yaşlı Ehsan Kakavend iş başında saxlanılıb. Ondan tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş 41 kq marixuana və 2988 ədəd metadon həbi aşkarlanıb. İlkin sorğu zamanı həmin şəxsin narkotikləri İranın Parsabad şəhərindən ölkəmizə qaçaqmalçılıq yolu ilə keçirdiyi və Füzuli rayonunda deyiləcək ünvanlara yerləşdirməyi planlaşdırdığı məlum olub. 
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İranlı narkotacirlə ölkə daxili və xaricində əlbir olan dəstənin digər üzvlərinin də müəyyən edilməsi istiqamətində əməliyyatlar davam etdirilir.

 

Youtube linki - https://www.youtube.com/watch?v=gDBYhWAg-Y0

 

23.12.2025 tarixinə olan kriminal məlumatlar

  • Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb 23.12.2025
  • Gün ərzində ölkə ərazisində qeydə alınan 33 cinayətin açılması təmin olunub 23.12.2025
  • İtkin düşmüş kimi axtarışı aparılan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib 23.12.2025
  • Dələduzluğa görə axtarışda olan 6 nəfər saxlanılaraq istintaqa təhvil verilib 23.12.2025
  • Ümumi çəkisi 17,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb 23.12.2025
  • Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb 23.12.2025
  • Şəhid bulağından və avtomobillərdən oğurluq edən şəxs saxlanılıb 23.12.2025
  • Polis Füzuli rayonunda saxladığı iranlı narkotacirdən 41 kq marixuana aşkarladı 23.12.2025