Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Polis Sumqayıtda 28 kq narkotik vasitənin satışının qarşısını aldı
24.11.2025
Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar davam etdirilir. Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən bu istiqamətdə keçirilən növbəti əməliyyat zamanı əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 34 yaşlı Turan Əhmədzadə və tanışı 25 yaşlı Orxan Abdullayev saxlanılıblar.
Polis soyğunçuluq və taksi sürücüsü adı altında narkokuryerlik edən şəxsləri saxladı
Paytaxtın Binəqədi rayonunda souğunçuluq hadisəsi baş verib. Belə ki, naməlum şəxsin gündüz saatlarında zərərçəkənə məxsus mağazadan 600 manat pul vəsaitini açıq talama yolu ilə ələ keçirməsi barədə polisə məlumat daxil olub.
Gün ərzində ölkə ərazisində qeydə alınan 41 cinayətin açılması təmin olunub
23.11.2025
Xəzər rayonunda pul, qızıl və avtomobil ehtiyat hissələri oğurlayan şəxs saxlanıldı
Xəzər rayonunda oğurluq hadisələri qeydə alınıb. Rayon ərazisində yerləşən evlərin birində ev sahibinin olmamasından istifadə edən naməlum şəxs pəncərədən içəriyə daxil olaraq 1200 manat dəyərində nağd pul və qızıl-zinət əşyaları oğurlayıb. Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 49 yaşlı R.Bayramov müəyyən olunaraq saxlanılıb. Ondan psixotrop maddə olan metamfetamin də aşkarlanıb. Araşdırma zamanı saxlanılan şəxsin digər bir vətəndaşa məxsus avtomobildən 1500 manat dəyərində ehtiyat hissələri taladığı da məlum olub.Araşdırma aparılır.
Polis ev və mağazalardan oğurluq edən şəxsi saxlayıb
Sabunçu rayonu ərazisində silsilə oğurluq hadisələri qeydə alınıb. Belə ki, gecə saatlarında rayon ərazisində yerləşən mağaza və evlərdən elektrik avadanlıqları, eləcə də təmir-tikinti alətləri naməlum şəxs tərəfindən talanıb.Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluqla əlaqəli cinayətlərə görə məhkum olunmuş 34 yaşlı H.Quliyev müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
İtkin düşmüş kimi axtarışı aparılan 14 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Noyabrın 22-də və 23-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 14 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 13 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının noyabrın 22-də və 23-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 13 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Noyabrın 22-də və 23-də ümumi çəkisi 46,6 kiloqramdan artıq narkotik vasitə götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə noyabrın 22-də və 23-də ümumi çəkisi 46,6 kiloqramdan artıq narkotik vasitə və 2600 ədəd psixotrop tərkibli həb aşkar olunaraq götürülüb.Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Noyabrın 22-də və 23-də polis əməkdaşları paytaxt, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 8 avtomat silahı, 1 pulemyot, 1 tapança, 1 qumbara, 11 tüfəng, 12 patron darağı və 469 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 40 cinayətin açılması təmin olunub
22.11.2025