Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
19.11.2025
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Noyabrın 19-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 tapança, 2 qumbara, 8 tüfəng, 1 patron darağı və 30 ədəd patron aşkar edərək götürüblər.
Kiberpolis 200-dən artıq vətəndaşın kart məlumatlarını ələ keçirən şəxsi saxladı
Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən sosial şəbəkələrdə kibertəhlükəsizliyin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.Belə ki, kiberpolisin həyata keçirdiyi növbəti əməliyyat-texniki tədbir nəticəsində özünü kredit mütəxəssisi kimi təqdim edərək müxtəlif səhifələrdə “sərfəli şərt, az komissiya, zamin tələb olunmadan kreditlərin verilməsi” adı altında insanların pulunu ələ keçirən əvvəllər də eyni əmələ görə məhkum olunmuş 32 yaşlı Kənan Əmirahlı saxlanılıb.Araşdırmalarla məlum olub ki, K.Əmirahlı sosial şəbəkələrdə kampaniya keçirildiyini və güzəştli şərtlərlə kreditlərin verilməsi ilə bağlı elanlar yerləşdirib.Daha sonra ona müraciət edən şəxslərin kart məlumatlarını və onların mobil telefonlarına göndərilmiş “OTP” təhlükəsizlik kodlarını ələ keçirib. Saxlanılan şəxs informasiyaları əldə etdikdən sonra mobil tətbiqlərə daxil olaraq zərərçəkənlərin balansındakı vəsaitləri başqa şəxslərin adına açdığı kartlara köçürərək ələ keçirib. Faktlarla bağlı cinayət işi başlanılıb. K.Əmirahlı barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Vətəndaşlara müraciət edərək bildiririk ki, sosial şəbəkələrdə saxta kredit elanları ilə bağlı paylaşımlarla qarşılaşan zaman maksimum dərəcədə ehtiyatlı olsunlar. Sürətli və aşağı faizli kredit imkanı kimi başlıqlı elanlara, bankların adlarını və ya loqolarını təqlid edərək fişinq məqsədilə göndərilən mesajlara, eləcə də keçidlərə diqqət yetirsinlər.
Sumqayıtda yol polisi "Təmiz hava" aylığı ilə bağlı profilaktik tədbir keçirib
Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları digər aidiyyəti dövlət qurumunun mütəxəssisləri ilə birgə avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə, eləcə də insan sağlamlığına vurduğu zərəri minimuma endirmək məqsədilə profilaktik tədbir keçiriblər. Tədbir zamanı nəqliyyat vasitələrinin texniki sazlığının mütəmadi olaraq diqqət mərkəzində saxlanılmasının əhəmiyyəti barədə sürücülərlə maarifləndirici söhbətlər aparılıb, qanunvericiliyin tələbləri onlara izah edilib. Atmosferə normadan artıq tullantı ixrac edən nəqliyyat vasitələri sürücülərinin diqqətinə bu halın aradan qaldırılmasının vacibliyi çatdırılıb.
Gün ərzində ölkə ərazisində qeydə alınan 49 cinayətin açılması təmin olunub
18.11.2025
Polis Bakıda idman zalından oğurluq edən şəxsi saxladı
Ötən gün paytaxtın Xətai rayonunda yerləşən idman zallarının birində talama cinayəti baş verib. Naməlum şəxs səhər saatlarında obyektə daxil olaraq içərisindən 8500 manat dəyərində geyim və idman əşyaları, kompüter oğurlayıb. Bu barədə zərərçəkən polisə məlumat verib.Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə qeyd olunan əməli törətməkdə şübhəli bilinən, əvvəllər də analoji cinayətlərə görə dəfələrlə məhkum edilmiş 41 yaşlı V.Məmmədov müəyyən olunaraq saxlanılıb.Xəzər rayonunda isə Binə qəsəbə sakininin həyətyanı sahəsindən 1000 manat dəyərində təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunan 41 yaşlı Z.Əliyev də saxlanılıb.Araşdırmalar aparılır.
Paytaxt sakinini döyərək telefonunu ələ keçirən şəxslər saxlanılıb
Paytaxtın Nəsimi rayonunda quldurluq cinayəti qeydə alınıb. Naməlum şəxslər axşam saat 20 radələrində zərərçəkənə fiziki zor tətbiq edərək 2500 manat dəyərində mobil telefonunu ələ keçiriblər. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə əməli törətməkdə şübhəli bilinən A.Nəcəfzadə, A.Qurbanlı, N.Bayramov, M.Məmmədov, R.Əzizov və Ş.Bağırov müəyyən olunaraq saxlanılıblar. Digər tədbirlə Alatava qəsəbə sakininin evindən 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən F.Ramazanov da tutulub.Hər iki fakt üzrə araşdırmalar davam etdirilir.
İtkin düşmüş kimi axtarışı aparılan 3 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Noyabrın 18-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 3 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 7 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının noyabrın 18-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 7 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Noyabrın 18-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 7 avtomat silahı, 1 tapança, 1 pulemyot, 8 tüfəng, 2 patron darağı və 410 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 47 cinayətin açılması təmin olunub
17.11.2025