Dörd nəfərin bank kartlarından müxtəlif vaxtlarda pul oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar
17.07.2024
Bakı şəhər sakini olan bir nəfərin bank kartından pul oğurlanıb. Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən zərərçəkmiş kartından 599 manatının oğurlandığını bildirib.Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən T.Qəniyev və C.Dəmirov müəyyən olunaraq saxlanılıb. Abşeron Rayon Polis İdarəsinə isə Sumqayıt, Mehdiabad və Görədil qəsəbə sakinləri olan 3 nəfərin bank kartlarından müxtəlif vaxtlarda ümumilikdə 2067 manat pullarının oğurlanması barədə məlumatlar daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən A.Şəkərəliyev və R.Hüseynov müəyyən olunaraq saxlanılıblar. Faktlarla bağlı araşdırmalar aparılır.