Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gün ərzində ölkə ərazisində qeydə alınan 29 cinayətin açılması təmin olunub
27.11.2025
Abşeron rayonunda evlərdən və marketlərdən oğurluq edən şəxslər saxlanılıblar
Abşeron rayonunda talama cinayətləri baş verib. Rayonun Saray qəsəbəsində yaşayan şəxs polisə müraciət edərək ona məxsus evdən 1400 manat dəyərində məişət əşyalarının naməlum şəraitdə oğurlanmasını bildirib. Abşerin Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri ilə əməli törətməkdə şübhəli bilinən əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş 41 yaşlı R.Bədəlov müəyyən edilərək saxlanılıb.Araşdırmalarla R.Bədəlovun rayon ərazisində yerləşən daha iki evdən ümumilikdə 1750 manat dəyərində təmir-tikinti alətlərini talaması da məlum olub.İdarə əməkdaşları tərəfindən keçirilən digər tədbirlə isə rayon ərazisindəki iki marketdən 948 manat dəyərində tütün məmulatları, 180 manat nağd pul, bank kartı oğurlamaqda şübhəli bilinən R.Həşimli və P.Şahmarlı da saxlanılıb.Faktlarla bağlı araşdırmalar davam etdirilir.
İtkin düşmüş kimi axtarışı aparılan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Noyabrın 27-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 12 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının noyabrın 27-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 12 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 22,3 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə noyabrın 27-də ümumi çəkisi 22,3 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 6,9 kiloqramdan artıq heroin, 10,5 kiloqrama yaxın marixuana və 4,9 kiloqrama yaxın metamfetamin olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Noyabrın 27-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 tapança, 8 tüfəng, 6 patron darağı və 533 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Abşeron rayonunda 4 marketdən 10 min manatlıq oğurluq edən şəxs saxlanıldı
Abşeron rayonunda yerləşən marketlərdə silsilə talama cinayətləri qeydə alınıb. Naməlum şəxs ayrı-ayrı vaxtlarda rayonun Saray qəsəbəsindəki marketlərə daxil olaraq 9270 manat nağd pul, 580 manat dəyərində tütün məmulatları və 400 manatlıq lotereya biıletləri oğurlayıb.
DİN BNMİ-dən növbəti əməliyyat: 62 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizə tədbirləri davam etdirilir. Astara rayonunda keçirilən əməliyyat zamanı əvvəllər də narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş 43 yaşlı Anar Novruzov və onunla əlbir olan 39 yaşlı Taleh Məmmədov tutulublar. Saxlanılan şəxslərdən ümumilikdə 62 kiloqram tərkibinə psixotrop maddələr əlavə edilmiş marixuana aşkarlanaraq dövriyyədən çıxarılıb. Onlar ifadələrində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Astara rayonu ərazisində gizlədilən yerdən götürdüklərini və maddi gəlir qazanmaq üçün ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdıqlarını etiraf ediblər.Faktla bağlı araşdırmalar davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 39 cinayətin açılması təmin olunub
26.11.2025
Bakıda evdən 1000 manatlıq təmir-tikinti alətləri oğurlayan şəxsi polis saxladı
Sabunçu rayonunda talama faktı qeydə alınıb. Gecə saatlarında naməlum şəxs paytaxt sakininin evinə daxil olaraq içərisindən 1000 manat dəyərində təmir-tikinti alətlərini oğurlayıb. Bu barədə ev sahibi polisə məlumat verib.Polis əməkdaşları tərəfindən keçirilən əməliyyatla cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum edilmiş 40 yaşlı R.Şükürov müəyyən olunaraq saxlanılıb.Nizami rayonunda keçirilən tədbirlər zamanı isə təmir sexlərinin birində avtomobildən 400 manat dəyərində ehtiyat hissələri, eləcə də iki vətəndaşa məxsus mobil telefon və 500 manat oğurlamaqda şübhəli bilinən A.Tağıyev və F.Səfərov da saxlanılıblar.Faktlar üzrə araşdırmalar davam etdirilir.