Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Paytaxtda 13300 manatlıq oğurluq edənlər polis tərəfindən saxlanıldı
22.11.2025
Binəqədi rayonunda talama cinayəti baş verib. Rayonun Biləcəri qəsəbə sakini polisə müraciət edərək yaşadığı evdən 3000 manat pul və 6000 manat dəyərində qızıl-zinət əşyalarının naməlum şəraitdə oğurlanmasını bildirib. Binəqədi RPİ 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 21 yaşlı R.Muradov müəyyən olunaraq saxlanılıb. Nəsimi və Nərimanov rayonlarında yerləşən mağazalardan isə ümumi dəyəri 4300 manat olan iki ədəd mobil telefon və noutbuk oğurlamaqda şübhəli bilinən 5 nəfər- C.İsmayılov, A.Şanayev, T.Abdıyev, P.Fərziyev və R.Qurbanəliyev də polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə saxlanılıblar. Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Avtomobil alqı-satqısı adı altında dələduzluq edən şəxs saxlanıldı
Binəqədi rayon sakini olan iki nəfər polisə müraciət edərək avtomobil alış-verişi adı altında aldadılaraq ümumilikdə 21 min manatdan artıq pul vəsaitlərinin ələ keçirildiyini bildiriblər. Binəqədi RPİ 7-ci Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində dələduzluq əməlini törətməkdə şübhəli bilinən 21 yaşlı E.Qulamov saxlanılıb.Araşdırmalarla E.Qulamovun zərərçəkənlərdən birinə məxsus “Nissan” markalı avtomobili ondan alaraq ödəniş etmədiyi, daha sonra isə həmin nəqliyyat vasitəsini ikinci şəxsə satacağı vədi ilə onun da pulunu ələ keçirdiyi müəyyən olunub.Faktla bağlı araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 37 cinayətin açılması təmin olunub
21.11.2025
Noyabrın 21-də ölkə ərazisində qeydə alınan 33, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Polis Nəsimi rayonunda pul, bank kartı və avtomobildən akkumulyator oğurlayanları saxladı
Paytaxtın Nəsimi rayonunda talama cinayətləri baş verib. Naməlum şəxslər günorta saatlarında şəhər sakininin mağazalardan birində alış-veriş edən zaman çantasından içərisində 600 manat olan pul kisəsini, digər zərərçəkmişin isə restoranların birində masanın üzərinə qoyduğu əl çantasından 600 manat nağd pul, bank kartları və şəxsi əşyalarını oğurlayıblar. Bu barədə polis orqanına müraciətlər daxil olub.Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməllərini törətməkdə şübhəli bilinən A.Yaqubova və N.Məmmədova saxlanılıblar.Rayon ərazisində keçirilən digər tədbir zamanı isə avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən E.Həsənov da müəyyən olunaraq saxlanılıb.Hər üç fakt üzrə araşdırmalar aparılır.
DİN BNMİ-dən əməliyyat: Saxlanılan şəxsdən 10 kiloqram marixuana aşkarlandı
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitələrin ölkə ərazisində qanunsuz dövriyyəsinin qarşısını almaq üçün mübarizə tədbirlərini davam etdirirlər. Paytaxtın Yasamal rayonunda keçirilən əməliyyatla əvvəllər də analoji cinayətə görə məhkum olunmuş 1991-ci il təvəllüdlü Vasif İsmayılov saxlanılıb. Onun sərnişin qismində əyləşdiyi avtomobilə baxış zamanı 10 kiloqram 65 qram marixuana aşkarlanıb.V.İsmayılov ifadəsində narkotik vasitələri şəxsiyyəti araşdırılan İran vətəndaşından aldığını və hissələrə ayırmaqla sataraq qazanc əldə etmək niyyətində olduğunu etiraf edib.Saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.Polis bütün ölkəboyu narkotiklərlə əlaqəli əməliyyat və nəzarət-profilaktik tədbirləri bundan sonra da qətiyyətlə davam etdirəcək.
Bakıda soyğunçuluq edən şəxsi polis saxladı
Paytaxtın Nizami rayonunda soyğunçuluq hadisəsi baş verib. Naməlum şəxs gecə saat 03 radələrində zərərçəkmişə evinin qarşısında fiziki güc tətbiq edərək pul vəsaitini ələ keçirib. Bu barədə vətəndaş polisə məlumat verib. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə talama cinayətini törətməkdə şübhəli bilinən, keçmişdə də eyni əməllərə görə dəfələrlə məhkum olunmuş 36 yaşlı S.Əliyev müəyyən olunaraq saxlanılıb.Faktla bağlı araşdırmalar davam etdirilir.
İtkin düşmüş kimi axtarışı aparılan 9 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Noyabrın 21-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 9 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 23 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının noyabrın 21-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 23 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 10 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə noyabrın 21-də ümumi çəkisi 10 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Noyabrın 21-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 tapança, 11 qumbara, 5 alışdırıcı, 6 tüfəng, 6 patron darağı və 794 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.