Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
İtkin düşmüş kimi axtarışı aparılan 3 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
17.11.2025
Noyabrın 17-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 3 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 14 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının noyabrın 17-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 14 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Noyabrın 17-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 5 tüfəng, 2 patron darağı və 29 ədəd patron aşkar edərək götürüblər.
Kiberpolis sosial şəbəkələrdə dələduzluq edərək yüzlərlə şəxsi aldadan 4 nəfəri ifşa etdi
Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən sosial şəbəkələrdə müxtəlif yalan vədlər və şirnikləndirici təkliflər verməklə vətəndaşları aldadaraq pul vəsaitlərini ələ keçirən şəxslərə qarşı əməliyyat-texniki tədbirlər həyata keçirilib. Tədbirlər zamanı sosial şəbəkələrdə saxta elanlar yerləşdirən və özünü internet saytlarının təhlükəsizliyi məsələləri üzrə mütəxəssisi kimi təqdim edərək dələduzluqlar edən əvvəllər də eyni əmələ görə məhkum olunmuş şəxslər - Şahin Rəcəbov, Aqşin Bədəlov, İlkin Niyazov və Cəfər Cəfərov saxlanılıblar. Araşdırmalar zamanı məlum olub ki, A.Bədəlov və İ.Niyazov sosial şəbəkələrdə, eləcə də müxtəlif saytlarda başqalarına məxsus bahalı mobil nömrə, avtomobil və evləri öz əmlakları kimi təqdim edərək dəyərindən qat-qat ucuz qiymətə satılması ilə bağlı elanlar yerləşdiriblər. C.Cəfərov isə müxtəlif müəssisə və iaşə obyektləri ilə “whatsapp” mesajlaşma sistemi vasitəsilə əlaqə saxlayaraq özünü brend əşyaların ucuz qiymətə alış-verişində vasitəçi kimi təqdim edib. Nəticədə saxlanılan şəxslər onlara beh göndərən zərərçəkənlərə qarşı dələduzluq edərək pul vəsaitlərini ələ keçiriblər. Tədbirlər zamanı saxlanılan Ş.Rəcəbov isə xarici ölkələrə gedərək oradan Azərbaycanda fəaliyyət göstərən tanınmış şirkətlərlə əlaqə saxlayıb özünü elektron poçt və rəsmi saytların idarəedilməsi şirkətinin rəhbəri kimi təqdim edib. Daha sonra o, müəssisələrə məxsus domenlərin yerləşdiyi server və elektron xidmətlərin onun nəzarəti altına keçdiyini və ödəniş edilməyəcəyi təqdirdə onlayn xidmət sahələrinin fəaliyyətini tam dayandıracağını bildirib. Saxlanılan şəxs bu yolla qanunsuz olaraq əldə etdiyi vəsaitləri müxtəlif insanların adına olan hesablara köçürərək nağdlaşdırıb.Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Ş.Rəcəbov və A.Bədəlov barəsində məhkəmənin qərarı ilə həbs, digərləri haqqında isə alternativ qətimkan tədbirləri seçilib.Bir daha vətəndaşlara sosial şəbəkələrdən istifadə edərkən ayıq-sayıq olmağı, reallığına şübhə etdikləri elan, müraciət və çağırışlara aldanmamağı, tanımadıqları şəxslərə onlayn qaydada ödəniş etməkdən çəkinməyi tövsiyə edirik.
Gün ərzində ölkə ərazisində qeydə alınan 34 cinayətin açılması təmin olunub
16.11.2025
Polis paytaxt ərazisində oğurluqlar edən dörd şəxsi saxladı
Paytaxtın Nəsimi rayonunda talama cinayətləri qeydə alınıb. Naməlum şəxslər ayrı-ayrı vətəndaşlara məxsus bank kartından 6000 pul və 3600 manat dəyərində mobil telefon oğurlayıblar. Bu barədə zərərçəkənlər polis orqanına müraciət ediblər.Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə talama cinayətlərini törətməkdə şübhəli bilinən 38 yaşlı H.Əliyev və 42 yaşlı A.Fərəcullayeva müəyyən olunaraq saxlanılıblar.Nizami rayonunda isə ticarət mərkəzlərinin birindən qızıl üzük, eləcə də avtomobildən 500 manat nağd pul oğurlamaqda şübhəli bilinən 54 yaşlı Ç.Babayeva və əvvəllər məhkum edilmiş 41 yaşlı İ.Nağıyev tutulublar.Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Binəqədidə avtomobil qaçıran və evdən oğurluq edən şəxsləri polis saxladı
Paytaxtın Binəqədi rayon sakini polisə müraciət edərək “Tofaş” markalı avtomobilinin naməlum şəraitdə qaçırıldığını bildirib. Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 41 yaşlı S.Əliyev avtomobili idarə edərkən saxlanılıb. Nəqliyyat vasitəsi sahibinə qaytarılıb.Şöbə əməkdaşları tərəfindən keçirilən digər tədbir zamanı isə rayonun Biləcəri qəsəbəsi ərazisində yerləşən evlərin birindən 2800 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən 18 yaşlı Ə.Mürsəlov tutulub.Hər iki fakt üzrə araşdırmalar aparılır.
Bakıda ofisdən kondisioner və evdən inşaat materialları oğurlayan şəxslər saxlanıldı
Paytaxtın Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən özəl şirkətlərin birinə məxsus ofisdən kondisioner oğurlanıb. Bu barədə zərərçəkən tərəf polisə məlumat verib.Polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən 34 yaşlı Z.Allahverdiyev, əvvəllər məhkum olunmuşlar - 49 yaşlı S.Səlimov və 37 yaşlı P.Həsənov müəyyən olunaraq saxlanılıblar.Pirallahı rayonunda isə vətəndaşa məxsus evin həyətindən 1000 manat dəyərində inşaat materialları oğurlamaqda şübhəli bilinən 45 yaşlı R.Əbdülrəhmanov tutulub.Faktlar üzrə araşdırmalar aparılır.
Nizami rayonunda oğurluq edən 3 şəxs saxlanılıb
Nizami rayonunda oğurluq hadisəsi qeydə alınıb. Belə ki, rayon ərazisində yerləşən ticarət mərkəzlərinin birində bir nəfər alıcı kimi mağazadan gümüş bilərzik oğurlayıb.Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 40 yaşlı F.Süleymanov müəyyən olunaraq saxlanılıb.Bundan başqa, rayon ərazisində yerləşən evlərin birinin girişindən velosiped və mobil telefon oğurlamaqda şübhəli bilinən 34 yaşlı İ.Nəbiyev, həmçinin əvvəllər məhkum olunmuş 33 yaşlı H.Bəhmənov saxlanılıblar.Araşdırmalar aparılır.
İtkin düşmüş kimi axtarışı aparılan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Noyabrın 15-də və 16-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.