Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gün ərzində ölkə ərazisində qeydə alınan 43 cinayətin açılması təmin olunub
19.11.2025
Sabunçu və Nəsimi rayonunda nəqliyyat vasitələri qaçıran şəxslər saxlanılıblar
Paytaxtın Suraxanı rayonunda bir nəfərə məxsus “Daewoo” markalı avtomobilin naməlum şəraitdə qaçırılması barədə polisə məlumat daxil olub.Suraxanı RPİ 31-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən A.Məmmədov müəyyən olunaraq saxlanılıb. Nəsimi rayonunda isə “Tufan” markalı motosikleti qaçırmaqda şübhəli bilinən üç nəfər polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Avtomobilin qapısının açıq olmasından istifadə edərək oğurluq edən şəxs saxlanılıb
Noyabrın 14-də saat 14-00 radələrində paytaxtın Binəqədi rayonunda bir nəfərə məxsus avtomobildən oğurluq edilib. Naməlum şəxs “Toyota” markalı avtomobilin qapısının açıq olmasından istifadə edərək orada olan 3000 manat dəyərində mobil telefonu oğurlayıb. Polisin keçirdiyi tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 47 yaşlı R.Hüseynov müəyyən olunaraq saxlanılıb. Qaradağ rayonunda da analoji hadisəni törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini 45 yaşlı R.Məmmədov polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilərək saxlanılıb.Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Polis nəqliyyat vasitəsi qaçırıb qəza törədən şəxsi saxladı
Noyabrın 17-də səhər saatlarında paytaxtın Qaradağ rayonu ərazisində yerləşən avtoyuma məntəqələrinin birindən “BYD” markalı avtomobil qaçırılıb. Həmin şəxs qaçırdığı avtomobillə yol-nəqliyyat hadisəsi törədib və avtomobili orada qoyaraq hadisə yerindən qaçıb.Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, həmin məntəqədə işləyən 29 yaşlı S.Kərimov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Sumqayıt şəhərində mağazadan oğurluq edən şəxs saxlanılıb
Sumqayıt şəhərində yerləşən mağazaların birində oğurluq hadisəsi qeydə alınıb. Belə ki, bir nəfər mağazada heç kimin olmamasından istifadə edərək oradan mobil telefon oğurlayıb.Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 39 yaşlı A.Əliyev müəyyən olunaraq saxlanılıb. Ondan psixotrop maddə olan metamfetamin də aşkarlanaraq götürülüb.Araşdırma aparılır.
Nizami və Nəsimi rayonlarında avtomobillərdən oğurluq edən 2 şəxs saxlanılıb
Nizami rayonunda bir nəfərə məxsus “Ford” markalı avtomobildən içərisində 1000 manat pul və 670 manat dəyərində qızıl-zinət əşyası olan çanta oğurlanıb.Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 29 yaşlı N.Hüseynov müəyyən olunaraq saxlanılıb.Nəsimi rayonunda isə bir nəfərə məxsus “Changan” markalı avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən 47 yaşlı Ö.Sadiqi də polis əməkdaşları tərəfindən saxlanılıb.Araşırmalar aparılır.
Nəsimi və Xəzər rayonlarında oğurluq edən 2 şəxs saxlanılıb
Nəsimi rayonu ərazisində yerləşən anbarların birindən 5000 manat dəyərində təmir-tikinti materialları oğurlanıb.Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 24 yaşlı Ə.Kiçibəyov müəyyən olunaraq saxlanılıb.Xəzər rayonunda isə qoruqların birinə məxsus sahədən 400 manat dəyərində naqil və plafon işıqlar, həmçinin bir nəfərin yaşadığı evin həyətindən velosiped oğurlamaqda şübhəli bilinən 36 yaşlı T.İbadov da polis əməkdaşları tərəfindən saxlanılıb.Araşdırmalar aparılır.
İtkin düşmüş kimi axtarışı aparılan 7 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Noyabrın 19-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 7 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 8 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının noyabrın 19-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 8 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 14 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə noyabrın 19-da ümumi çəkisi 14 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.