Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Abşeron rayon sakini C.Əsədovdan 2 kiloqram heroin aşkar edilərək götürülmüşdür
30.01.2021Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Abşeron rayon sakini C.Əsədov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 2 kiloqram heroin aşkar edilərək götürülmüşdür.