Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini S.Axundovadan 111 qrama yaxın heroin, 545 qram metamfetamin və 2 ədəd elektron tərəzi götürülmüşdür
30.01.2021Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini S.Axundova Nəsimi rayonu ərazisində saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 10 qrama yaxın heroin aşkar edilmişdir.
Davam etdirilən tədbirlərlə onun evinə baxış zamanı oradan 101 qrama yaxın heroin, 545 qram metamfetamin və 2 ədəd elektron tərəzi götürülmüşdür.