Nəqliyyat vasitəsi qaçırmaqda şübhəli bilinən Mingəçevir şəhər sakini A.Əliyev saxlanılmışdır
30.01.2021Mingəçevir ŞPŞ-yə müraciət edən şəhər sakini B.Bayramov yanvarın 28-nə keçən gecə yaşadığı evin qarşısından “VAZ-2107” markalı avtomobilinin qaçırıldığını bildirmişdir.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş A.Əliyev saxlanılmışdır.