Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılmış Gəncə şəhər sakini İ.İrzayevdən odlu silah və vasitələri də götürülmüşdür
30.01.2021Kəpəz RPİ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş İ.İrzayev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilmişdir.
Davam etdirilən tədbirlərlə onun evinə baxış zamanı oradan nömrəsi silinmiş “AK-74” markalı silah, 30 ədəd patron və 12 qrama yaxın heroin götürülmüşdür.