Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Əmircan qəsəbə sakini R.Yarməmmədovun evinə baxış zamanı oradan 1 kiloqram 106 qramdan artıq heroin götürülmüşdür
30.01.2021Suraxanı RPİ 31-ci PB əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Əmircan qəsəbə sakini R.Yarməmmədov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilmişdir.
Davam etdirilən tədbirlərlə onun evinə baxış zamanı oradan 1 kiloqram 106 qramdan artıq heroin götürülmüşdür.