Oğurluqda şübhəli bilinən Cəlilabad şəhər sakini İ.Xankişiyev saxlanılmışdır
30.01.2021Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 28-də rayon ərazisindəki mağazaların birindən 200 manat pul, 10.000 manat dəyərində tütün məmulatı, 1000 manat dəyərində noutbuk və 700 manat dəyərində spirtli içkilər oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Xankişiyev saxlanılmışdır.