Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisində yol-nəqliyyata hadisəsi
29.01.2021Yanvarın 29-da saat 18 radələrində Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisində Şəmkir rayon sakini V.Məmmədovun idarə etdiyi “Mercedes Vito” markalı mikroavtobusla Samux rayon sakini R.Zeynalovun idarə etdiyi “Zil” markalı yük avtomobili toqquşmuşdur. Nəticədə V.Məmmədovun sərnişini H.Əhmədov aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.