Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Quba rayon sakini C.Ağayevdən 2 kiloqrama yaxın heroin aşkar edilərək götürülmüşdür
29.01.2021Baş Narkotiklərlə Mübarizə İdarəsi və idarənin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Quba rayon sakini, əvvəllər məhkum olunmuş C.Ağayev Yasamal rayonu ərazisində saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 2 kiloqrama yaxın heroin aşkar edilərək götürülmüşdür.