Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt şəhər sakini İ.Səfərovdan 1 kiloqramdan artıq heroin, 1 kiloqram 230 qramdan artıq metamfetamin və 150 qram preqabalin götürülmüşdür
29.01.2021Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt şəhər sakini İ.Səfərov şəhər ərazisində saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilmişdir. Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı oradan əlavə 1 kiloqramdan artıq heroin, 1 kiloqram 230 qramdan artıq metamfetamin və 150 qram preqabalin götürülmüşdür.