Paytaxt sakini O.Əliyevdən nömrəsi silinmiş markalı tapança, patron darağı və 3 ədəd patron aşkar edilərək götürülmüşdür
29.01.2021Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində paytaxt sakini, əvvəllər məhkum olunmuş O.Əliyevdən nömrəsi silinmiş “Makarov” markalı tapança, patron darağı və 3 ədəd patron aşkar edilərək götürülmüşdür.