Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Naxçıvan şəhər sakini Z.Zaxarovanın kirayədə yaşadığı evə baxış zamanı oradan 1,5 kiloqrama yaxın heroin və 16 qramdan artıq metadon götürülmüşdür
29.01.2021Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Naxçıvan şəhər sakini Z.Zaxarova Abşeron rayonu ərazisində saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 29 qram heroin aşkar edilmişdir. Davam etdirilən tədbirlərlə onun Masazır qəsəbəsində kirayədə yaşadığı evə baxış zamanı oradan əlavə 1,5 kiloqrama yaxın heroin və 16 qramdan artıq metadon götürülmüşdür.