Oğurluqda şübhəli bilinən Nardaran qəsəbə sakini R.Abdullayev saxlanılmışdır
29.01.2021Sabunçu RPİ 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 2000 manat dəyərində geyim və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş R.Abdullayev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan marixuana aşkar edilərək götürülmüşdür.