Gün ərzində törədilmiş 18 cinayətin üstü “isti izlər”lə açılmışdır
18.12.2020Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 18 cinayətin üstü “isti izlər”lə açılmışdır.
- Əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin açılması təmin olunmuşdur.
- Axtarışda olduğuna görə ümumilikdə 128 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 111 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 1 nəfər xəsarət almışdır.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir.
- Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılmışdır.