Z.Qarayevin yaşadığı evə baxış zamanı oradan lüləsi və qundağı kəsilmiş ov tüfəngi aşkar edilərək götürülmüşdür
18.12.2020Mingəçevir ŞPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri ilə əvvəllər məhkum olunmuş Z.Qarayevin yaşadığı evə baxış zamanı oradan lüləsi və qundağı kəsilmiş ov tüfəngi aşkar edilərək götürülmüşdür.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə cinayət işi başlanmışdır.