Keşlə qəsəbəsi ərazisində yaşayan H.Rzaxanova xəsarət yetirməkdə şübhəli bilinən qəsəbə sakini Z.Əhmədov saxlanılmışdır
18.12.2020Nizami RPİ-nin 23-cü Polis Bölməsinə dekabrın 18-də saat 17 radələrində Keşlə qəsəbəsi ərazisində yaşayan H.Rzaxanovun qarın və qol nahiyəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya gətirilməsi barədə məlumat daxil olmuşdur.
Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.
Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində münaqişə zəminində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Keşlə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Z.Əhmədov saxlanılmışdır.Nizami RPİ tərəfindən araşdırma aparılır.