Ordubad rayonunun Düylün kəndi ərazisində yol-nəqliyyat hadisəsi
18.12.2020Dekabrın 18-də saat 17 radələrində Ordubad rayonunun Düylün kəndi ərazisində Üstüpü kənd sakini Xəlil Əliyevin idarə etdiyi “VAZ-2106” və Yuxarı Əndəmic kənd sakini Q.Rzayevin idarə etdiyi “Mercedes Vito” markalı avtomobillər toqquşmuşdur. Nəticədə X.Əliyev və sərnişini olan oğlu Elcan aldıqları xəsarətlərdən hadisə yerində ölmüş, Q.Rzayevin sərnişini isə xəstəxanaya yerləşdirilmişdir.
Ordubad RPŞ tərəfindən araşdırma aparılır.