Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran rayonunun Sütəmürdov kənd sakini Q.Qurbanov saxlanılmışdır
18.12.2020Lənkəran ŞRPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Sütəmürdov kənd sakini, əvvəllər məhkum olunmuş Q.Qurbanov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 705 qram tiryək, 100 qrama ayxın heroin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür.