Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran şəhər sakini P.Qurbanov saxlanılmışdır
18.12.2020Lənkəran ŞRPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş P.Qurbanov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 262 qrama yaxın heroin, 7 qrama yaxın tiryək, 5 qrama yaxın marixuana və 4 qrama yaxın metadon həbi, yaşadığı evə baxış zamanı isə oradan 1 kiloqrama yaxın tiryək, metamfetamin, 15 qramdan artıq marixuana və 1 ədəd elektron tərəzi aşkarlanıb götürülmüşdür.