Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Karantin qaydalarını pozaraq toy təşkil etmək istəyən şəxslər saxlanılmışlar

09.12.2020

Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi əməkdaşları rayon ərazisində “Xonça” restoranında təşkil edilən toy mərasiminin keçirilməsinin qarşısını alıb. Mərasim zalının icarədarı, paytaxt sakini R.Həsənli, toyun təşkilatçısı Suraxanı rayon sakini B.Babayev və toy zamanı orada olan 60-a yaxın şəxs saxlanılaraq 31-ci PB-yə gətiriliblər. Araşdırma zamanı B.Babayevin karantin qaydalarını pozaraq oğluna toy təşkil etmək istədiyi məlum olub.

Karantin rejimi qaydalarını pozan həmin şəxslər barəsində qanunvericiliyə uyğun olaraq tədbir görülüb. 

Araşdırmalar aparılır.

09.12.2020 tarixinə olan kriminal məlumatlar