Bərdə rayonu Otuzikilər kənd sakini N.Qasımovun avtomobilə baxış zamanı oradan 8 kiloqrama yaxın marixuana aşkar edilərək götürülmüşdür
09.12.2020Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bərdə rayonu ərazisində Otuzikilər kənd sakini, əvvəllər məhkum olunmuş N.Qasımov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan marixuana aşkarlanmışdır. İdarə etdiyi “VAZ-21013” markalı avtomobilə baxış zamanı isə oradan 8 kiloqrama yaxın marixuana aşkar edilərək götürülmüşdür.