Oğurluqda şübhəli bilinən Salyan rayon sakini R.Əhmədov saxlanılmışdır
09.12.2020Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən mobil telefon və ərzaq məhsulları, “KamAZ” markalı avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən rayon sakini R.Əhmədov saxlanılmışdır. Şəxsi axtarış zamanı heroin aşkar edilərək götürülmüşdür.
Ətrafında aparılan tədbirlərlə onun həmyerliləri N.Abdullayev və N.Əhmədovla birgə “BMW” markalı avtomobildən 2 ədəd mobil telefon, V.Haqverdiyevə məxsus təmir-tikinti alətlərini, bir yardımçı təsərrüfatdan kondisioner və avtomobillərin təmiri sexlərinin birindən televizor oğurlamaları da müəyyən edilmişdir.
Davam etdirilən tədbirlərlə N.Abdullayev və N.Əhmədov da polis əməkdaşları tərəfindən saxlanılmışlar.