Nərimanov rayonunun Təbriz küçəsi ərazisində yol-nəqliyyat hadisəsi
09.12.2020Dekabrın 9-da saat 8 radələrində Nərimanov rayonunun Təbriz küçəsi ərazisində şəhər sakini M.Ramazanov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən şəhər sakini Fatma Delşadı vurmuşdur. Nəticədə piyada xəsarətlə xəstəxanaya yerləşdirilmiş və orada ölmüşdür.
Nərimanov RPİ tərəfindən araşdırma aparılır.