Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Abşeron rayonunda koronavirusla mübarizədə polislər tərəfindən gücləndirilmiş nəzarət tədbirləri davam etdirilir

09.12.2020

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə polis əməkdaşları tərəfindən əhali arasında profilaktik tədbirlər gündəlik olaraq davam etdirilir. Belə tədbirlərdən biri də Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Xırdalan şəhərində təşkil olunub. Şəhərin hər bir küçə və prospektində polislər Abşeron rayon sakinləri ilə izahedici profilaktik söhbətlər apararaq onları tənəffüs yollarını qoruyan maskalardan istifadə etməyin vacibliyi barədə məlumatlandırıblar.

Reydlər zamanı şəhər ərazisində yerləşən iri supermarketlərdə, obyektlərdə sosial məsafəni gözləməyən şəxslərə xəbərdarlıq edilib. Mağazalara maskasız daxil olan alıcılar, həmçinin maskalardan düzgün istifadə etməyən şəxslər polislər tərəfindən müəyyən edilərək cərimələniblər.

Bankomatların qarşısında yaranan sıxlıqda virusun yayılma ehtimalı artdığından polislər tərəfindən həmin məkanlar da nəzarətdə saxlanılıb. Həmin yerlərdə insanlar arasında ara məsafəsinin saxlanılması təşkil edilir.

Reyd zamanı həmçinin ictimai nəqliyyat vasitələrində maskadan istifadə etməyən sərnişinlər və sürücülər də polis əməkdaşları tərəfindən müəyyən ediliblər. Tibbi maskadan istifadə etməyən sərnişinlər avtobuslardan düşürülüb. Həmçinin taksilərdə şəffaf arakəsmələrdən istifadə etməyən sürücülər barədə də cərimələr tətbiq edilib.

Bir daha hər bir vətəndaşdan  xahiş və tələb olunur ki, koronovirusla mübarizədə tətbiq edilən qaydalara əməl etsinlər.

09.12.2020 tarixinə olan kriminal məlumatlar