Abşeron rayonunun Saray qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
09.12.2020Dekabrın 9-da saat 6 radələrində Abşeron rayonunun Saray qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Almaz Abbasova vurulmuş və piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.