Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Oğurluqda şübhəli bilinən Salyan rayon sakini R.Əhmədov saxlanılmışdır

09.12.2020

Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən mobil telefon və ərzaq məhsulları, “KamAZ” markalı avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən rayon sakini R.Əhmədov saxlanılmışdır. Şəxsi axtarış zamanı  heroin aşkar edilərək götürülmüşdür.

Ətrafında aparılan tədbirlərlə onun həmyerliləri N.Abdullayev və N.Əhmədovla birgə “BMW” markalı avtomobildən 2 ədəd mobil telefon, V.Haqverdiyevə məxsus təmir-tikinti alətlərini, bir yardımçı təsərrüfatdan kondisioner və avtomobillərin təmiri sexlərinin birindən televizor oğurlamaları da müəyyən edilmişdir.

Davam etdirilən tədbirlərlə N.Abdullayev və N.Əhmədov da polis əməkdaşları tərəfindən saxlanılmışlar.

09.12.2020 tarixinə olan kriminal məlumatlar