Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bakı şəhər sakini G.Qarayevin idarə etdiyi “Priora” markalı avtomobildə ona qarşı quldurluq törətməkdə şübhəli bilinən şəxslərdən biri saxlanılmış, digəri isə müəyyən edilmişdir

12.10.2020

Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinə oktyabrın 12-də saat 16 radələrində C.Xəndan küçəsində Bakı şəhər sakini G.Qarayevin idarə etdiyi “Priora” markalı avtomobildə olan 2 sərnişinin onu bıçaqla hədələyib 35 manat pulunu alması barədə məlumat daxil olmuşdur.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş T.Qafarov müəyyən edilərək saxlanılmış, digər bir nəfərin şəxsiyyəti müəyyən edilmişdir.

Binəqədi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.

12.10.2020 tarixinə olan kriminal məlumatlar